Azərbaycan Prokurorluğunun tarixi keçmişinin öyrənilməsi, prokurorluğun müsbət iş təcrübəsinin indiki və gələcək nəsillərə ötürülməsi və ictimaiyyət arasında təbliğinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq üzrə «Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil edilməsi barədə» 05 dekabr 2003-cü il tarixli əmrə əsasən Baş Pokurorluğun inzibati binasında təşkil edilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi 08 dekabr 2004-cü il tarixdə prokurorluq işçilərinin istifadəsinə verilmişdir.
2024-cü ildə əsaslı təmir və yenidənqurma işlərindən sonra muzey forma və məzmun baxımından yenidən təşkil olunmuş və həmin ilin 8 oktyabr tarixində təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyi 5 zaldan ibarətdir.